Qubadlı rayonunda qazıntı işləri aparılarkən sümük qalıqları aşkar edilib.
APA-nın yerli müxbirinin əldə etdiyi məlumata görə, qalıqlara rayonun Qundaqlı kəndi ərazisində rast gəlinib.
Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub.
Araşdırma aparılır.