“İnter Mayami” futbol tarixində Avropadan olan bir komandaya rəsmi oyunda qalib gələn ilk Şimali Amerika klubu olub.
Publika.az xəbər verir ki, bu tarixi hadisə klublararası dünya çempionatının qrup mərhələsinin 2-ci turunda baş verib. “Qarğalar” Portuqaliyanın “Porto” klubunu 2:1 hesabı ilə məğlub edib.
Qeyd edək ki, Avropa təmsilçiləri sonuncu dəfə dünya şempionatının finalında digər qitədən olan bir kluba 2012-ci ildə uduzmuşdular. Həmin görüşdə “Çelsi” klubu Braziliyanın “Korintians” komandasına 0:1 hesabı ilə məğlub olmuşdu.