RU

İsraildə “Microsoft” ofisi yaxınlığına raket düşüb

Bakı. Trend:

İsrailin Beer-Şeva şəhərində İranın atdığı ballistik raketlərdənbirinin texnopark qarşısında partlaması nəticəsində “Microsoft”korporasiyasının yerli ofisi yaxınlığında güclü yanğın meydanagəlib.

Trend xəbər verirki, bu barədə xarici KİV-lər məlumat yayıb.

Məlumata görə, ballistik raket zərbəsi ərazidə dağıntılara səbəbolsa da, qurbanların olmadığı bildirilir.

Qeyd edək ki, Beer-Şeva şəhəri İsrailin Nevatim aviabazasıyaxınlığında yerləşir.

Xatırladaq ki, 13 iyun səhər saatlarında İsrail İrana hərbi havazərbələr endirib. Zərbələr nəticəsində çoxlu sayda yüksək səviyyəlihərbçi, o cümlədən, İran Silahlı Qüvvələri Baş Qərargah rəisiMəhəmməd Baqeri, İran İslam İnqilabı Keşikçilər Korpusu (SEPAH) başkomandanı Hüseyn Salami, Xatəm Əl-Ənbiya Qərargahının komandanıQulaməli Rəşid, 6 nüvə alimi və yüksək vəzifəli şəxslər ölüb.

Elə həmin günün axşamı, İran “Həqiqi Vəd III Əməliyyatı” iləIsrailə cavab verib: Tel-Əviv daxil olmaqla bir çox yerlərəyüzlərlə ballistik raket, pilotsuz uçuş aparatı buraxılıb, bu damülki itkilərə və geniş-miqyaslı dağıntılara yol açıb.

Məqalədə:
Избранный
21
50
az.trend.az

10Источники