AZ

İran Hayfaya ballistik raket atıb – Yaralılar var (VİDEO)

Bakı.Trend:

İranın bir müddət əvvəl İsrailin Hayfa şəhərinə atdığı ballistikraketin partlaması nəticəsində iki nəfər yaralanıb.

Trend xəbər verirki, bu haqda “Times of Israel” yerli həkimlərə istinadən xəbərverir.

Yaralılardan biri 16 yaşlı oğlandır və onun vəziyyətinin ağırolduğu bildirilir, digər yaralanan isə 54 yaşındadır (cinsigöstərilməyib - red.) və vəziyyəti orta qiymətləndirilir. Hər ikisiqəlpə yarası alıb.

Xatırladaq ki, 13 iyun səhər saatlarında İsrail İrana hərbi havazərbələr endirib. Zərbələr nəticəsində çoxlu sayda yüksək səviyyəlihərbçi, o cümlədən, İran Silahlı Qüvvələri Baş Qərargah rəisiMəhəmməd Baqeri, İran İslam İnqilabı Keşikçilər Korpusu (SEPAH) başkomandanı Hüseyn Salami, Xatəm Əl-Ənbiya Qərargahının komandanıQulaməli Rəşid, 6 nüvə alimi və yüksək vəzifəli şəxslər ölüb.

Elə həmin günün axşamı, İran “Həqiqi Vəd III Əməliyyatı” iləIsrailə cavab verib: Tel-Əviv daxil olmaqla bir çox yerlərəyüzlərlə ballistik raket, pilotsuz uçuş aparatı buraxılıb, bu damülki itkilərə və genişmiqyaslı dağıntılara yol açıb.

Məqalədə:
Seçilən
12
50
az.trend.az

10Mənbələr