RU

Əli Əsədov bp heyətini qəbul edib

Xalq qazeti saytından verilən məlumata görə, ain.az xəbər verir.

Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov iyunun 19-da bp şirkətinin baş icraçı direktoru Mürrey Aukinklossun başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.

Görüşdə Azərbaycan ilə bp arasında uzunmüddətli qarşılıqlı faydalı tərəfdaşlıqdan məmnunluq ifadə olunub. bp-nin Azərbaycanda həyata keçirdiyi layihələrin əhəmiyyəti vurğulanıb, gündəlikdə duran perspektivli layihələr nəzərdən keçirilib. Eyni zamanda, SOCAR ilə bp arasında mövcud əməkdaşlıq imkanları, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər müzakirə olunub.

M.Aukinkloss bp-nin Azərbaycan, Gürcüstan və Türkiyə üzrə yeni təyin olunan regional prezidenti Ciovanni Kristofolini Ə.Əsədova təqdim edib.

XQ

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Избранный
14
31
xalqqazeti.az

10Источники