RU

“Bakı Neft Mədən Avadanlıqları”nın xalis mənfəəti 2 dəfə artıb

“Bakı Neft Mədən Avadanlıqları” ASC 2024-cü ili 263 min manat xalis mənfəət ilə başa vurub. Şirkət 2023-cü ili 127 min manat xalis mənfəət ilə bağlamışdı. Beləliklə, “Bakı Neft Mədən Avadanlıqları”nın xalis mənfəəti 2024-cü ildə 2023-cü illə müqayisədə 2,1 dəfə artıb.

Marja.az xəbər verir ki, “Bakı Neft Mədən Avadanlıqları”nın satışdan gəliri 2023-cü ildə 1 milyon 762 min manat ikən, 2024-cü ildə 2 milyon 710 min manat təşkil edib (948 min manat və ya 54% artıb).

31 dekabr 2024-cü il tarixində “Bakı Neft Mədən Avadanlıqları” ASC 2 milyon 327 min manat cəmi aktivlərə malik olub. ASC 2023-cü ilin sonunda 1 milyon 834 min manat cəmi aktivlərə malik idi. 

Bakı Neft Mədən Avadanlıqları
Избранный
8
marja.az

1Источники