RU

Dünya çempionatı: Azərbaycan Almaniyaya qarşı

Macarıstanın paytaxtı Budapeştdə keçirilən cüdo üzrə dünya çempionatında bu gün qarışıq komanda yarışı baş tutacaq.

İdman.biz xəbər verir ki, 16 ölkənin qatıldığı mundialda Azərbaycan millisi mübarizə aparacaq.

Komandamız 1/8 finalda Almaniya ilə qarşılaşacaq.

Millimizin heyətində Hidayət Heydərov, Rəşid Məmmədəliyev (hər ikisi 73 kq), Elcan Hacıyev, Vüqar Talıbov (hər ikisi 90 kq), Zelim Kotsoyev, Uşanqi Kokauri (hər ikisi +90 kq), Gültac Məmmədəliyeva, Fidan Əlizadə (hər ikisi 57 kq), Aytac Qardaşxanlı (70 kq) və Nigar Süleymanova (+70 kq) yer alıblar.

Qeyd edək ki, Azərbaycan cüdoçuları fərdi mübarizədə 3 bürünc medal qazanıblar. Zelim Tçkayev (81 kq), Elcan Hacıyev (90 kq) və Zelim Kotsoyev (100 kq) fəxri kürsünün üçüncü pilləsinə qalxıblar. Yığmamız isə komanda hesabında 14-cü olub.

İdman.biz

Избранный
22
2
idman.biz

10Источники