AZ

Azərbaycan Almaniyaya qarşı - DÇ

Macarıstanın paytaxtı Budapeştdə keçirilən cüdo üzrə dünya çempionatında bu gün qarışıq komanda yarışı baş tutacaq.

"Football-plus.az" xəbər verir ki, 16 ölkənin qatıldığı mundialda millimiz də mübarizə aparacaq.

Komandamız 1/8 finalda Almaniya ilə qarşılaşacaq.

Millimizin heyətində Hidayət Heydərov, Rəşid Məmmədəliyev (hər ikisi 73 kq), Elcan Hacıyev, Vüqar Talıbov (hər ikisi 90 kq), Zelim Kotsoyev, Uşanqi Kokauri (hər ikisi +90 kq), Gültac Məmmədəliyeva, Fidan Əlizadə (hər ikisi 57 kq), Aytac Qardaşxanlı (70 kq) və Nigar Süleymanova (+70 kq) yer alıb.

Qeyd edək ki, Azərbaycan cüdoçuları fərdi mübarizədə 3 bürünc medal qazanıblar. Zelim Tçkayev (81 kq), Elcan Hacıyev (90 kq) və Zelim Kotsoyev (100 kq) fəxri kürsünün üçüncü pilləsinə qalxıblar. Yığmamız isə komanda hesabında 14-cü olub.

Seçilən
13
2
football-plus.az

10Mənbələr