RU

Milyardlarla dövriyyəsi olan “SAUR” şirkətinin vitse-prezidenti Bakıda hakim qarşısında

Fransanın milyardlarla dollar dövriyyəsi olan “SAUR” şirkətinin vitse-prezidenti Anass Derraz barəsində Dövlət Təhlükəsizliyi Xidmətində başlanılmış cinayət işi üzrə məhkəmə prosesi başlayıb.

Publika.az Teleqraf-a istinadən xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Fərid Namazovun sədrliyi ilə məhkəmənin hazırlıq iclası keçirilib.

Təqsirləndirilən şəxs ingilis və fransız dilini bilən tərçüməçilərlə təmin edilib.

A.Derraza hüquq və vəzifələri izah olunub. O, məhkəmə heyətinə etiraz etməyib.

Bundan sonra təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.

Məlum olub ki, o, 1984-cü ildə Mərakeşdə anadan olub, Fransa Respublikasının və Mərakeş Krallığının vətəndaşıdır, evlidir, iki uşağı var.

Qeyd olunub ki, o, “SAUR” şirkətinin vitse-prezidentidir. Şirkət Dubayda qeydiyyatdan keçib.

Təqsirləndirilən şəxs cinayət işinə xitam verilməsini, işin ibtidai araşdırmaya qaytarılmasını istəyib. O həmçinin bildirib ki, 11 aydır işləmir, övladları Dubaydadır, onların yanına getmək istəyir.

Məhkəmə A.Derrazın vəsatətini təmin etməyib.

Cinayət işi araşdırılması üçün məhkəmə baxışına verilib.

Məhkəmə baxışı iyulun 3-ə təyin olunub.

Избранный
18
publika.az

1Источники