RU

Britaniya XİN: "İran heç vaxt nüvə silahına malik ola bilməz, ABŞ-la anlaşdıq"

"Böyük Britaniya və ABŞ İranın heç vaxt nüvə silahına malik olmamasında qərarlıdır. Biz bu məəslədə ABŞ-la anlaşdıq".

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, bu sözləri Böyük Britaniyanın Xarici İşlər naziri David Lammi bəyan edib.

O bildirib ki, hazırda İranla İsrail arasındakı savaşı müzakirə etmək üçün Amerikadadır: "İsrailin İrana hücumlarından sonra Yaxın Şərqdəki vəziyyət təhlükəli hal alıb. Mən  dövlət katibi Marko Rubio və ABŞ prezidenti Donald Trampın Yaxın Şərq üzrə xüsusi nümayəndəsi Stiv Vitkoff ilə görüşüb vəziyyəti müzakirə etdim. Hesab edirəm, yaxın iki həftə ərzində diplomatik həllə nail olmaq üçün fürsət pəncərəsi hələ də var”.

Nazir əlavə edib ki, heç kimə fayda verməyəcək regional eskalasiyanın qarşısını almaq mütləqdir: "Mən Fransa, Almaniya və Avropa İttifaqındakı həmkarlarla birlikdə İranın xarici işlər naziri Abbas Erakçi ilə görüşmək üçün Cenevrəyə də gedəcəyəm. Ümid edirəm, biz dialoq yolunu uğurla yekunlaşdıracağıq".

Lamiyə Əhmədli
MİA.AZ

Избранный
15
mia.az

1Источники