İsrailin ilk bombardmanları zamanı İran nüvə bombası istehsal etmirdi...
Poliqon xəbər verir ki, bu barədə “La Nacion” qəzeti MAQATE-nin baş direktoru Rafael Qrossiyə istinadən yazıb.
"Hazırda cavab "yox"dur. Amma buna səbəb olan bir çox element var idi. Xronoloji suallarla çox diqqətli olmalıyıq. İraqa silahlarından istifadə etmək üçün 45 dəqiqə vaxt lazım olduğu barədə faciəli bəyanatı hamımız xatırlayırır", Qrossi İranın nüvə bombası istehsal edib-etməməsi ilə bağlı suala cavab olaraq belə izah edib.
Bundan əvvəl Rafael Qrossi İsrailin İranın nüvə obyektlərinə zərbələrindən sonra radiasiya sızması riskinin olduğunu bildirmişdi.
Poliqon.info.