AZ

Tramp Aİ-ni ərzaq məhsullarına 17 faiz rüsumla təhdid edir

Tramp Aİ-ni ərzaq məhsullarına 17 faiz rüsumla təhdid edir

ABŞ prezidenti Donald Tramp Avropa İttifaqını ərzaq məhsullarına 17 faiz rüsum tətbiq etməklə təhdid edib.

AFN.az xəbər verir ki, bu barədə "Financial Times" məlumat yayıb.

Bildirilir ki, bu təhdid iyulun 9-da ticarət razılaşması üçün nəzərdə tutulan son tarixdən əvvəl irəli sürülüb. Əks təqdirdə, Aİ ABŞ-dan idxal etdiyi bütün məhsullara görə 50 faizlik vergi ilə qarşılaşa bilər.

Aİ rəsmiləri "Financial Times"la söhbətdə bildiriblər ki, bu addım tərəflər arasındakı gərginliyi artırır.

Trampın bu 17 faiz tarifin digər tariflərə əlavə ediləcəyi, yoxsa onların yerini tutacağı hələlik dəqiqləşməyib.

Hazırda Aİ məhsullarına əsas tarif 10 faiz, avtomobillərə 25 faiz, polad və alüminiuma isə 50 faiz dərəcədə tətbiq edilir.

Seçilən
10
17
afn.az

10Mənbələr