14 yaşa qədər oğlanlardan ibarət millimiz basketbol üzrə "Airom Cup" beynəlxalq turnirində ikinci oyununu keçirib.
"Football-plus.az" xəbər verir ki, Qazaxıstanın Atrau şəhərində təşkil olunan yarışda budəfəki rəqibimiz Rusiyanın "Devons" klubu olub.
Basketbolçularımız 89:23 hesabı ilə qalib gələrək ardıcıl ikinci qələbələrini qazanıb. Komandamız ilk oyunda "Edelveys"i 94:13 hesabı ilə məğlub edib.
Qeyd edək ki, iyunun 22-dək davam edəcək turnirin qalibi dairəvi sistemlə keçirilən oyunlardan sonra məlum olacaq.
- Ночной Режим
- Домашняя страница
- Статистика
- Источники
- Рейтинг
- Погода
- Валюта