RU

Ay torpağının sirri 50 ildən sonra açıldı

1972-ci ildə "Apollon-17" missiyası zamanı Aya aparılan və Yerə gətirilən miniatür şüşə kürəciklərin mənşəyi müasir texnologiyalar sayəsində məlum olub.

Milli.Az xəbər verir ki, alimlər müəyyən ediblər ki, bu kürəciklər 3,3-3,6 milyard il əvvəl Ayda baş vermiş vulkanik partlayışlar nəticəsində yaranıb.

Tədqiqatlarda atom tomoqrafiyası və elektron mikroskopiya istifadə edilərək kürəciklərin əmələ gəlmə şəraiti öyrənilib. Qara və narıncı kürəciklərin kimyəvi tərkibində fərqlər aşkar edilib, bu isə Ayın vulkanik keçmişindəki dəyişiklikləri göstərir. Bu kəşf Ayın geoloji tarixini anlamaq üçün əhəmiyyətlidir.

Избранный
26
2
musavat.com

3Источники