RU

Azərbaycan Rusiyaya kənd təsərrüfatı məhsullarının ixracını artırmaq niyyətindədir

Oxu.az saytından alınan məlumata görə, ain.az bildirir.

"Azərbaycan Rusiya bazarına kənd təsərrüfatı məhsullarının tədarükünü artırmağı davam etdirmək niyyətindədir".

Oxu.Az TASS-a istinadən xəbər verir ki, bunu Azərbaycanın baş nazirinin müavini Şahin Mustafayev Sankt-Peterburq Beynəlxalq İqtisadi Forumu çərçivəsində "Rusiya-Azərbaycan" panelində çıxışında deyib.

"Bu istiqamətdə rusiyalı tərəfdaşlar ilə konstruktiv qarşılıqlı əlaqələrin davam etdirilməsinə ümid edirik. Rusiyanın 2014-cü ildə qeyri-dost ölkələrdən məhsul idxalına embarqo tətbiq etməsindən sonra Azərbaycan Rusiya tərəfinin sorğusu ilə tədarük həcmini əhəmiyyətli dərəcədə artırıb, həmçinin ixrac potensialının inkişafına sərmayə qoyub", - deyə o bildirib

Ş.Mustafayevin sözlərinə görə, Azərbaycan Rusiya bazarının ehtiyaclarına cavab olaraq əhəmiyyətli investisiyalar yatırıb və kənd təsərrüfatı məhsullarının tədarükünü xeyli artırıb:

"İkitərəfli ticari-iqtisadi əməkdaşlıq iki ölkə arasındajı münasibətlərdə başlıca istiqamət olaraq qalır. 2025-ci ilin yanvar-aprel aylarında Rusiyanın Azərbaycanın xarici ticarət dövriyyəsindəki payı 10.78 faiz təşkil edib, bu da Rusiyaya respublikanın xarici iqtisadi tərəfdaşları arasında üçüncü yeri tutmağa imkan verib".

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Избранный
27
50
oxu.az

10Источники