RU

Qarpız alarkən nələrə diqqət etməliyik?

Yay fəslinin simvollarından biri olan qarpız artıq bazarlarda və supermarketlərdə bolluqla satılır. Havanın isinməsi ilə birlikdə süfrələrə sərinlik qatan bu meyvəyə tələbat da artıb. Lakin dadlı və keyfiyyətli qarpız seçmək hər zaman asan olmur.

Bəs qarpız alarkən nələrə diqqət etməliyik?

KONKERT.az  xəbər verir ki, mütəxəssislərin sözlərinə görə, yaxşı qarpız seçmək üçün bəzi sadə, lakin təsirli məqamlara diqqət etmək lazımdır. Ən vacib göstəricilərdən biri qarpızın sarı ləkəsidir. Bu hissə qarpızın torpaqla təmasda olduğu yerdir və nə qədər sarı və ya tünd rənglidirsə, meyvə bir o qədər günəşdə yetişmiş sayılır.

Barmağınızla qarpıza yüngülcə vurduqda içinin boş kimi səslənməsi də onun yetişkin və şirəli olduğunu göstərə bilər. Eyni zamanda, qabığı parlaq deyil, mat rəngli olmalıdır. Parlaq qabıq çox vaxt yetişməmiş meyvəyə işarədir.

Qarpızın saplağı da önəmlidir. Qurumuş və büzüşmüş saplaq meyvənin vaxtında dərildiyini, yaşıl saplaq isə hələ tam yetişmədiyini göstərə bilər.

Qida təhlükəsizliyi üzrə ekspertlər isə vətəndaşlara yol kənarlarında, günəş altında saxlanılan qarpızlardan uzaq durmağı tövsiyə edir. Belə şəraitdə saxlanılan meyvələrdə mikrobioloji risklər arta bilər.

Yay aylarında həm sərinlədici, həm də su ehtiyacını qarşılayan qarpız doğru seçildikdə sağlamlıq üçün də olduqca faydalıdır.

Избранный
29
4
konkret.az

10Источники