"Real"ın futbolçusu Kilian Mbappe sağalıb.
Sportal.az xəbər verir ki, klubun mətbuat xidmətinin yaydığı məlumata görə, akut qastroenterit (mədə-bağırsaq iltihabı) səbəbindən klublararası dünya çempionatının “Əl-Hilal”la qarşılaşmasını (1:1) buraxan fransalı bu gün keçirilən son məşqdə iştirak edib.
Qeyd edək ki, "Real" növbəti matçını iyunun 22-si saat 23:00-da "Paçuka" ilə olacaq.
saytlarin hazirlanmasi