RU

Xaçmazdan olan coğrafiya müəllimi sertifikatlaşdırma imtahanında maksimum nəticə göstərib

Xaçmazdan olan coğrafiya müəllimi sertifikatlaşdırma imtahanında maksimum nəticə göstərib...

“Report”un Şimal bürosunun məlumatına görə, dövlət ümumi təhsil müəssisələrində çalışan təhsilverənlərin sertifikatlaşdırılması prosesinin test imtahanı mərhələsində Şimal regionu üzrə Arzu Mövlamova 60 bal toplayıb.

A.Mövlamova Xaçmaz rayonu Manafoba kənd ümumi orta məktəbində coğrafiya müəllimi kimi fəaliyyət göstərir.

Qeyd edək ki, təhsilverənlərin bilik və bacarıqlarının qiymətləndirilməsi məqsədilə keçirilən test imtahanı mərhələsi 18-20, 24 və 25 iyun tarixlərində Naxçıvan şəhəri də daxil olmaqla, ölkənin 19 müxtəlif şəhərində yerləşən 39 imtahan mərkəzində təşkil olunur.

Poliqon.info

Избранный
25
1
poliqon.info

2Источники