RU

Ağ Ev: "Tramp iki həftə ərzində İranla bağlı qərar verəcək, o..."

"ABŞ prezidenti Donald Tramp İranla danışıqlar ehtimalını yüksək sayır. Bu səbəbdən iki həftə ərzində İrana hücum edib-etməmək barədə qərarını verəcək".

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, bu sözləri Ağ Evin sözçüsü Karoline Leavitt İsrail-İran gərginliyi ilə bağlı suala cavabda deyib.

O, Trampın hələ də diplomatiyaya bir daha şans vermək istədiyini iddia edib: "İranla nüvə müzakirələri ilə bağlı nələrin baş verəcəyini görmək istəyirk. Təsssüf ki, buna qədər xəbərdarlıqlarımıza baxmayaraq, İran 60 gün danışıqlar masasına oturmadı. 61-ci gündə İsrail İrana qarşı hərəkətə keçdi. indisə Trampı iki həfət gözləməlidirlər. Onun ağzından birbaşa yekun qərarı eşidəcəksiniz"

Ağ Evin sözçüsü bildirib ki, Tramp İrana güc tətbiq etmək fikrindən də vaz keçməyib: "Hələ ki dialoqa ümid var. Trampın Yaxın Şərq üzrə xüsusi nümayəndəsi Steve Vitkoff iranlı həmkarları ilə təmasdadır. İranın heç vaxt nüvə silahı əldə etməyə bu qədər yaxınlaşmayıb. İran bizimlə sövdələşməlidir, əks halda bunun nəticələrini görəcək".


Lamiyə Əhmədli
MİA.AZ

Избранный
14
1
mia.az

2Источники