Birinci rübdə Azərbaycanın strateji valyuta ehtiyatları 73 milyard dolları ötüb.
Bunu Mərkəzi Bankının Statistika Departamentinin direktoru Samir Nəsirov deyib.
Onun sözlərinə görə ötən dövrdə neftin orta qiyməti 74 dollar, qazın satış qiyməti isə min kubmetr üzrə 320 dollar təşkil edib.
Samir Nəsirov qeyd edib ki, 1-ci rüb ərzində Azərbaycan iqtisadiyyatına xaricdən pul baratları formasında təxminən 229,5 milyon dollar vəsait daxil olub.
O da bildirilib ki, 1-ci rüb ərzində ölkənin ehtiyat aktivləri 413 milyon dollar azalıb.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.