RU

Əkrəm İmamoğlunun vəkili Mehmet Pehlivan həbs edilib

İstanbul Böyükşəhər Bələdiyyəsinə (İBB) qarşı aparılan korrupsiya istintaqı çərçivəsində həbs olunduqdan sonra vəzifəsindən uzaqlaşdırılan Əkrəm İmamoğlunun vəkili Mehmet Pehlivan, peşmanlıq qanunundan faydalanan şübhəlilər Adem Soytekin və Sərvət Yıldırımın iddiaları ilə barəsində başladılan istintaqda həbs edilib.

İstanbul Respublika Prokurorluğu, peşmanlıq müddəaları çərçivəsində ifadə verən həbs edilən şübhəli Adem Söytekin və həbs olunmamış şübhəli Sərvət Yıldırımın ifadələrindəki bəzi iddialarla əlaqədar vəkil Pehlivan haqqında istintaq başladıb.

Pehlivan istintaq çərçivəsində ifadə vermək üçün Çağlayandakı İstanbul Ədliyyəsinə çağırılıb.

Prokurorluqdakı prosesləri tamamlanan Pehlivan “cinayət törətmək məqsədi ilə qurulan təşkilata üzv olmaq” cinayətindən həbs olunması tələbi ilə çağırış hakimliyinə sövq edilib.

Избранный
8
aznews.az

1Источники