
Uzun və enerjili yaşamaq istəyirsən? Elmi tədqiqatlar göstərir ki, 100 yaşa qədər yaşamaq və enerjini, zehni aydınlığı, hər gündən zövq almağı qorumaq üçün möcüzəvi əlavələrə və ya bahalı prosedurlara ehtiyac yoxdur. Hər şey kiçik gündəlik vərdişlərdədir.Gündəlik aktiv gəzinHər gün 10 dəqiqə sürətli gəzinti erkən ölüm riskini azaldır. Araşdırmalar göstərir ki, qısa zamanlı mülayim aktivlik ürək və beyin fəaliyyətini yaxşılaşdırır, iltihabı azaldır. Əsas odur ki, yavaş yox, qərarlı addımlarla gəzin. Pilləkən çıxmaq və ya avtobus dayanacağından əlavə məsafə piyada getmək bədəni canlandırır.Səhər yeməyini əskik etməyinSəhər yeməyini atmaq ürək-damar xəstəlikləri riskini artırır. Səhər yeməyi metabolizmi işə salır, qan şəkərini tənzimləyir və gün ərzində həddindən artıq yemək istəyini azaldır. Ən yaxşı seçim — protein (yumurta, qoz-fındıq), lif (yulaf, meyvə) və faydalı yağlardır. Bu sadəcə qida deyil, beynin və hormonların yanacağıdır.Təamınıza rəng qatınTəzə, rəngarəng tərəvəz və giləmeyvələrdən istifadə edin: ispanaq, brokoli, çuğundur, qaragilə, nar və s. Canlı rənglər antioksidant və fitonutrientlərin çoxluğundan xəbər verir. Bu maddələr hüceyrələrin yaşlanmasını yavaşladır, xəstəlik riskini azaldır.Gündə bir ovuc qoz-fındıq yeyin28 qram qoz, badam və ya keşyu omeqa-3, E vitamini və liflə zəngindir. Bunlar pis xolesterolu azaldır, damarları qoruyur və iltihabı azaldır. Eyni zamanda sağlam və dadlı qəlyanaltıdır.Yaxşı yatınYatmaq həm uzun, həm də keyfiyyətli olmalıdır. Otaq temperaturu 16–18°C ideal sayılır, bu, dərin yuxuya tez getməyə kömək edir. Keyfiyyətli yuxu immun, hormonal və sinir sisteminin bərpasını təmin edir, həmçinin yaşla əlaqəli yaddaş pozulmasının qarşısını alır. Yatdığınız otağı qaranlıq və sakit saxlayın, yaxınlıqda elektron cihaz olmamalıdır.Sosial olunDostlarla əlaqə, ailə bağlılığı və sadə, xoş ünsiyyət stressi azaldır və psixikanı gücləndirir. Sosial əlaqələri güclü olan insanlar daha uzun yaşayır və demensiyaya az yoluxur.Kifayət qədər su içinSusuz qalmaq yorğunluq, əsəbilik, baş ağrısı və zəif metabolizmə səbəb ola bilər. Hətta az miqdarda maye çatışmazlığı beyin funksiyalarını zəiflədə bilər. Hər səhər bir stəkan təmiz su və gün ərzində müntəzəm su içmək uzunömürlülük üçün çox vacibdir.Ulusum.az
Diqqət Çəkənlər
Trampın İranla bağlı gizli hücum planları və raket hədəfləri açıqlanır
Ərdoğan deyir ki, Netanyahu genosiddə Hitleri belə keçib
Qadınlar Niyə Darıxmamalıdır? Həyat Keyfiyyətini Pozan Sirlər