RU

Lənkəranda toya gedən ailənin olduğu avtomobil aşdı Yaralıların SON VƏZİYYƏTİ açıqlandı

ain.az, Oxu.az portalına istinadən məlumat yayır.

Lənkəran rayonunda baş verən yol-nəqliyyat hadisəsi zamanı xəsarət alan şəxslərin son vəziyyəti açıqlanıb.

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) Oxu.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, iyunun 19-u, saat 14:00-da Lənkəran-Astara magistral yolunun Lənkəran rayonu ərazisindən keçən hissəsində baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində beş nəfər (dördü qadın, biri kişi cinsli olmaqla) bədənin müxtəlif dərəcəli travması diaqnozu ilə Lənkəran Rayon Mərkəzi Xəstəxanasının Təcili yardım şöbəsinə hospitalizasiya olunub.

"Hər birinə zəruri ilkin tibbi xidmətlər göstərilib, yaralılardan biri vəziyyətinə uyğun olaraq cərrahiyyə şöbəsinə yerləşdirilib, digər dörd nəfərin müalicəsi təcili yardım şöbəsində davam etdirilir. Vəziyyətləri qənaətbəxş qiymətləndirilir", - deyə məlumatda bildirilir.

Əzizə İsmayılova

17:12

Lənkəran rayonunda avtomobil qəzası baş verib.

Oxu.Az xəbər verir ki, hadisə Ələt-Astara yolunun 165-ci km-də, Lənkəran rayonu ərazisindən keçən hissəsində qeydə alınıb.

Belə ki, 1976-cı il təvəllüdlü Fəxrəddin Şəmsəli oğlu Mirzəyev idarə etdiyi "Toyota Prado" markalı avtomobillə Astara rayonu istiqamətində hərəkətdə olarkən, anidən maşını aşırıb.

Qəza nəticəsində sürücünün ailə üzvləri və yaxın qohumları - 1980-cı il təvəllüdlü Yeganə Vəlihəd qızı Alişanova, 2003-cü il təvəllüdlü Afət Fəxrəddin qızı Mirzəyeva, 2005-ci il təvəllüdlü Fəxriyyə Fəxrəddin qızı Mirzəyeva, 1966-cı il təvəllüdlü Tahirə Vəlihəd qızı Alişanova və azyaşlı, 2012-ci il təvəllüdlü A.Məmmədov müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.

Onlar Lənkəran Rayon Mərkəzi Xəstəxanasının təcili yardım şöbəsinə hospitalizasiya olunublar.

Xəsarət alanlardan Yeganə Alişanova cərrahiyyə şöbəsinə yerləşdirilib. Digərlərinin müalicəsi xəstəxanada davam etdirilir.

Sürücünün dediyinə görə, ailə Lerik rayonuna toy məclisinə gedib. Yolda onu yuxu tutub və idarəetməni itirib.

Faktla bağlı araşdırma aparılır.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Избранный
3
6
oxu.az

10Источники