RU

Zaxarova Azərbaycana təşəkkür etdi KONKRET

Konkret.az saytından alınan məlumatlara görə, ain.az xəbər verir.

Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova Azərbaycana təşəkkür edib.

KONKRET.az APA-ya istinadla xəbər verir ki, bu barədə Rusiya XİN sözçüsü bu gün Peterburq Beynəlxalq İqtisadi Forumu çərçivəsində keçirdiyi brifinqdə bildirib.

Zaxarova İsrail-İran münaqişəsinin ilk günlərində İranda olan Rusiya vətəndaşlarının təxliyəsini təşkil etdiyinə görə Azərbaycana təşəkkür edib: “Azərbaycanlı tərəfdaşlarımıza xüsusilə eskalasiyanın ilk günlərində göstərdiyi köməyə görə səmimi təşəkkür edirəm. Bakı ilə logistik xarakterli bütün təşkilati məsələləri operativ şəkildə həll edirik. Bu günə kimi İran-Azərbaycan sərhədindəki Astara nəzarət buraxılış məntəqəsindən 500-dən çox Rusiya vətəndaşı keçib. Onlar Azərbaycan torpağındakı qonaqpərvərliyi, dəstəyi xüsusi qeyd edirlər”.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Избранный
25
21
konkret.az

10Источники