RU

Qırğızıstan Rusiyadakı vətəndaşlarına xüsusi status tələb edir

Qırğızıstanın Ticarət və Sənaye Palatasının (SPA) rəhbəri və respublikanın keçmiş baş naziri Temir Sariyev Rusiyada respublika vətəndaşlarına xüsusi status verilməsini tələb edib. 

NOCOMMENT.az Lenta.ru-ya istinadən xəbər verir ki, o, bu barədə Sankt-Peterburq Beynəlxalq İqtisadi Forumunda (SPIEF) bildirib.

“Biz Qırğızıstanın, qırğız xalqının Rusiya Federasiyasında xüsusi statusa malik olmasını istəyirik. Çünki ən çətin anlarda biz sizinlə olmuşuq”, – deyən Sariyev, Böyük Vətən Müharibəsi illərində qırğızların Panfilov diviziyasının tərkibində Moskvanı müdafiə etdiyini bildirib. Sariyev onu da qeyd edib ki, Bişkek xüsusi hərbi əməliyyatın (SVO) başlanması zamanı Rusiyaya ilk əl uzadıb.

“Etibarlılıq çox nadir bir şeydir. Biz burada sizinləyik”, – Qırğızıstan Ticarət və Sənaye Palatasının rəhbəri yekunlaşdırıb.

Aprelin 10-da polis əməkdaşları Moskvada “Bodrost” hamam kompleksinə basqın edərək , Qırğızıstandan olan 60-a yaxın miqrantı saxlayıblar. Rusiya səfiri Sergey Vakunov ölkənin Xarici İşlər Nazirliyinə çağırılıb. Bişkek Moskvaya ultimatum təqdim edib.

Избранный
37
3
nocomment.az

4Источники