RU

“Sabah”ın rəqibinin baş məşqçisi: “Heç kimdən qorxmuruq”

“Sabah”ın Avropa Liqasının I təsnifat mərhələsindəki rəqibi “Çelye”nin baş məşqçisi Albert Riera klubun mətbuat xidmətinə müsahibə verib.

Futbolpress.az xəbər verir ki, ispan mütəxəssis “bayquşlar”la oyunlar haqda bunları deyib:

“Sabah”la oyuna hazırlaşmaq üçün vaxtımız var. Onları hərtərəfli təhlil edəcəyik. Ötən mövsüm keyfiyyətli rəqibə qarşı yaxşı oyun göstərmişik və bu dəfə də yaxşı oynayacağımıza inanıram. Buna baxmayaraq, futbolda keçmişlə yaşamaq olmaz. Hər mövsüm yeni hədəflər qoymaq və onun üçün mübarizə aparmaq lazımdır. Kim olduğumuzu bilirik və heç kimdən qorxmuruq. İstənilən rəqibə qarşı oynaya bilərik”.

“Sabah” ilk oyunu iyulun 10-da Azərbaycanda keçirəcək. Cavab görüşü isə bir həftə sonra Sloveniyada olacaq.

Избранный
16
futbolpress.az

1Источники