RU

İran Hörmüz boğazını bağlamağın mümkünlüyünü nəzərdən keçirir

Bakı. Trend:

İran Hörmüz boğazının bağlanmasının mümkünlüyünü nəzərdənkeçirir.

Trend-in xəbərinəgörə, bu haqda İran parlamentinin Milli təhlükəsizlik və xaricisiyasət üzrə komitəsinin üzvü Benham Səidi açıqlama verib.

“Hörmüz boğazının bağlanması İran İslam Respublikasının nəzərdənkeçirdiyi variantlardan biridir”, - deyə o “Mehr” agentliyinəbildirib.

“İran İslam Respublikasının düşmənləri bilməlidilər ki, onlarbizim vətənə, bizim xalqa hədə-qorxu gəlsələr, mütləq bununsarsıdıcı cavabını alacaqlar. Düşmənə hansı şəkildə cavabverəcəyimizlə bağlı qərar vəziyyətin nəzərə alınması ilə qəbulolunacaq”, - deyə deputat əlavə edib.

Xatırladaq ki,13 iyun səhər saatlarında İsrail İrana hərbi havazərbələr endirib. Zərbələr nəticəsində çoxlu sayda yüksək səviyyəlihərbçi, o cümlədən, İran Silahlı Qüvvələri Baş Qərargah rəisiMəhəmməd Baqeri, İran İslam İnqilabı Keşikçilər Korpusu (SEPAH) başkomandanı Hüseyn Salami, Xatəm Əl-Ənbiya Qərargahının komandanıQulaməli Rəşid, 6 nüvə alimi və yüksək vəzifəli şəxslər ölüb.

Elə həmin günün axşamı, İran “Həqiqi Vəd III Əməliyyatı” iləIsrailə cavab verib: Tel-Əviv daxil olmaqla bir çox yerlərəyüzlərlə ballistik raket, pilotsuz uçuş aparatı buraxılıb, bu damülki itkilərə və genişmiqyaslı dağıntılara yol açıb.

Məqalədə:
Избранный
13
az.trend.az

1Источники