RU

Azərbaycan millisinin Ukrayna ilə keçirəcəyi səfər oyununun yeri müəyyənləşib

Azərbaycan millisinin dünya çempionatının seçmə mərhələsində Ukrayna yığması ilə keçirəcəyi səfər oyununun yeri müəyyənləşib. SİA AFFA-nın mətbuat xidmətinə istinadən xəbər verir ki, D qrupunun IV turunun matçı oktyabrın 13-də Polşanın Vrotslav şəhərindəki “Tarçinski Arena”da oynanılacaq.

Qarşılaşma Bakı vaxtı ilə saat 22:45-də start götürəcək.

Qeyd edək ki, Fernandu Santuşun baş məşqçisi olduğu kollektiv Ukrayna yığması ilə ev oyununu sentyabrın 9-da Tofiq Bəhramov adına Respublika stadionunda keçirəcək.

Избранный
22
1
sia.az

10Источники