RU

Azərbaycan millisinin Ukrayna yığması ilə səfər oyununun yeri məlum olub

Azərbaycan milli komandasının dünya çempionatının seçmə mərhələsində Ukrayna yığması ilə keçirəcəyi səfər oyununun yeri müəyyənləşib.

Operativ Media xəbər verir ki, D qrupunun IV turu çərçivəsində oktyabrın 13-də Polşanın Vrotslav şəhərində təşkil olunacaq görüş “Tarçinski Arena”da oynanılacaq. Matç Bakı vaxtı ilə saat 22:45-də başlanacaq.

Qeyd edək ki, A millimiz Ukrayna yığması ilə ev oyununu sentyabrın 9-da Tofiq Bəhramov adına Respublika stadionunda keçirəcək.

Избранный
15
12
operativmedia.az

10Источники