Rusiyanın "Rosatom" şirkəti İrandakı "Buşer" Atom Elektrik Stansiyasında (AES) ezamiyyətdə olan əməkdaşlarının bir hissəsini təxliyə edib.
BAKU.WS Rusiya mətbuatına istinadən xəbər verir ki, bunu "Rosatom"un baş direktoru Aleksey Lixaçev deyib.
O, bildirib ki, AES-ə zərbə Çernobılla müqayisə edilə biləcək fəlakətə səbəb ola bilər.