Rusiya Premyer Liqasında 2024/25 mövsümünün ən yaxşı məşqçisi müəyyənləşib.
İdmanxeber.az-ın məlumatına görə, bu ada Murad Musayev layiq görülüb. “Krasnodar”ın baş məşqçisi rəqiblərini qabaqlayıb. 2-ci yerə Marko Nikoliç (SSKA), 3-cü pilləyə isə Zaurbek Tedeyev (“Akron”) layiq görülüb.
Qeyd edək ki, Murad Musayevin rəhbərliyi ilə komanda Rusiya Premyer Liqasının 2024/2025 mövsümünün qalibi olub.
Mütəxəssis 2021-24-cü illərdə “Sabah”a baş məşqçilik edib.