Abşeron çimərliklərində gözlənilən hava şəraiti açıqlanıb.
Milli Hidrometeorologiya Xidmətindən Moderator.az-a verilən məlumata əsasən, iyunun 20-də mülayim cənub-şərq küləyi əsəcək.
Dəniz suyunun temperaturu:
Şimal çimərliklərində: (Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zaqulba) 20-21° isti,
Cənub çimərliklərində: (Türkan, Hövsan, Sahil, Şıx) 22-23° isti olacaq.