Abşeron çimərliklərində gözlənilən hava şəraiti açıqlanıb.
Avtosfer.az xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.
Bildirilib ki, iyunun 20-də mülayim cənub-şərq küləyi əsəcək.
Dəniz suyunun temperaturu şimal çimərliklərində: (Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zaqulba) +20 dərəcədən +21 dərəcəyədək, cənub çimərliklərində (Türkan, Hövsan, Sahil, Şıx) isə +22 dərəcədən +23 dərəcəyədək olacaq.