RU

BDU dünya universitetləri reytinqində TOP-700-lükdə yer alaraq, Cənubi Qafqaz üzrə liderdir

Bakı. Trend:

Bakı Dövlət Universiteti (BDU) ali təhsil sahəsində dünyanın ənnüfuzlu reytinq agentliklərindən biri olan “Quacquarelli Symonds”(QS) tərəfindən tərtib edilən “QS World University Rankings 2026:Top global universities” cədvəlində 688-ci yerdə qərarlaşaraq,növbəti mühüm uğura imza atıb. Bu nəticə Universitetin ötənilki951–1000 aralığındakı mövqeyindən əhəmiyyətli irəliləyişə nailolduğunu göstərir. Qeyd olunan göstərici BDU-nun təkcə Azərbaycandaali təhsil sahəsində deyil, bütün Cənubi Qafqazda lider mövqeyinibir daha təsdiqləyir və beynəlxalq akademik arenada artan nüfuzununnövbəti təsdiqidir.

Trend xəbərverir ki, QS agentliyi tərəfindən yeni reytinq sıralamasıhazırlanarkən 105 ölkədən 8467 universitetin məlumatlarıqiymətləndirilib, onlardan yalnız 1501 universitet dünya reytinqsiyahısına daxil edilib. Reytinqin hesablanmasında ali təhsilmüəssisələrinin akademik nüfuzu, işəgötürənlər arasında tanınmasəviyyəsi, elmi nəşrlərin miqdarı və onlara edilən istinadlar,məzunların məşğulluğu göstəriciləri, əcnəbi akademik heyət vətələbə nisbəti, beynəlxalq tədqiqat əməkdaşlıqları və dayanıqlılıqmeyarları əsas götürülür.

BDU-nun bu uğuru son illərdə Universitetin elmi fəaliyyətininintensivləşdirilməsi, tədris və idarəetmə proseslərinin beynəlxalqstandartlara uyğunlaşdırılması, habelə qlobal tərəfdaşlıqlarıninkişafı istiqamətində atılan məqsədyönlü addımların nəticəsiolmaqla yanaşı, həm də elm, təhsil və innovasiyanın inteqrasiyasınaəsaslanan strateji yanaşmanın, sənaye və özəl sektorla qurulanfunksional əməkdaşlığın, eləcə də insan kapitalının inkişafınayönəlmiş kompleks islahatların göstəricisidir.

Bu dövrdə Universitetdə qabaqcıl tədqiqat istiqamətlərinindəstəklənməsi, tətbiqyönümlü layihələrin təşviqi, tələbə-məzunbacarıqlarının əmək bazarının çağırışlarına uyğunlaşdırılması vərəqəmsal transformasiya ilə müşayiət olunan idarəetmə modellərinintətbiqi kimi mühüm təşəbbüslər həyata keçirilib. Eyni zamanda, BDUbeynəlxalq şəbəkələrdə fəal iştirakını genişləndirərək, nüfuzluakademik institutlarla, sənaye liderləri və texnoloji şirkətlərlətərəfdaşlıq əlaqələrini gücləndirib, bu əməkdaşlıqlar vasitəsiləhəm elmi nəticələrin praktiki tətbiqini, həm də innovasiya yönümlütədris mühitinin formalaşmasını təmin edib.

BDU rəhbərliyi bu mühüm göstəricinin əldə olunmasında əməyi olanakademik və inzibati heyətə, tələbələrə və Universitetin bütüntərəfdaşlarına dərin təşəkkürünü bildirir. Universitet növbətiillərdə daha yüksək pillələrdə yer almağı və Azərbaycanınbeynəlxalq ali təhsil məkanında mövqeyinin güclənməsinə töhfəverməyi qarşıya əsas məqsəd kimi qoyur. Eyni zamanda, QSreytinqində yer alan digər Azərbaycan universitetlərini bu uğurlarımünasibətilə təbrik edir, onlara gələcək fəaliyyətlərində yeninailiyyətlər arzulayırıq.

Xatırladaq ki, “Azərbaycan Respublikasının 2022–2026-cı illərdəsosial-iqtisadi inkişaf strategiyası”na əsasən, ölkənin ən azı üçali təhsil müəssisəsinin dünyada TOP-800-lükdə təmsil olunmasıstrateji hədəf kimi müəyyən edilib. BDU bu hədəfə artıq nailolmağın qürurunu yaşayır və ölkənin digər universitetlərinin dəqlobal reytinqlərdə irəliləyəcəyinə inanır.

BDU
Избранный
16
10
az.trend.az

10Источники