RU

AMB: Azərbaycanın cari əməliyyatlar hesabının profisiti 1 mlrd. dollardan çox olub

ain.az, Apa.az portalına istinadən məlumat yayır.

2025-cü ilin birinci rübündə Azərbaycanın tədiyyə balansının cari əməliyyatlar hesabının (CƏH) profisi 1,1 milyard dollar təşkil edib ki, bu da ötən ilin eyni dövrünə nisbətən 35% azdır. Ötən ilin eyni dövründə bu rəqəm 1,7 mlrd. dollar təşkil edib.

"APA-Economics" xəbər verir ki, bunu keçirilən brifinqdə Azərbaycan Mərkəzi Bankının Statistika Departamentinin direktoru Samir Nəsirov deyib.

Qeyd edək ki, Mərkəzi Bankla yanaşı, beynəxalq maliyyə təşkilatları 2025-ci ilin yekunu üzrə cari əməliyyatlar hesabının profisitli olacağı proqnozlaşdırır.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Избранный
14
4
apa.az

5Источники