Bakı, TurkicWorld
Türkiyə 2025-cü ilin may ayında Özbəkistana xalça ixracını 2024-cü ilin eyni dövrü ilə müqayisədə 56,9 faiz azalaraq, 411 min 11 dollara çatdırıb.
Bu barədə TurkicWorld-a Türkiyə Ticarət Nazirliyindən məlumat verilib.
2025-ci ilin yanvar – may aylarında Türkiyədən Özbəkistana xalça məhsulları ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 11,3 faiz azalaraq, 2 milyon 801 min 41 dollara bərabər olub.
Qeyd edək ki, 2025-ci ilin yanvar-may aylarında Türkiyənin xalça ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 6 faiz azalaraq, 1 milyard 124 milyon 755 min dollara bərabər olub.
“Bu ilin may ayında Türkiyə 234 milyon 133 min dollar məbləğində xalça ixrac edib ki, bu da keçən ilin may ayı ilə müqayisədə 10,1 faiz azdır” – deyə nazirlikdən bildirilib.
Qeyd olunub ki, son 12 ay ərzində (may 2024-may 2025) Türkiyə 2 milyard 795 milyon 207 min dollar məbləğində xalça ixrac edib.