AZ

Türkiyədən Türkmənistana kimyəvi maddə ixracı 71 milyon dolları keçib (ÖZƏL)

Bakı, TurkicWorld

Türkiyə 2025-cü ilin may ayında Türkmənistana kimyəvi maddə ixracını 2024-cü ilin eyni dövrü ilə müqayisədə 24,1 faiz artaraq, 17 milyon 955 min 23 dollara çatdırıb.

Bu barədə TurkicWorld-a Türkiyə Ticarət Nazirliyindən məlumat verilib.

2025-ci ilin yanvar – may aylarında Türkiyədən Türkmənistana kimyəvi maddə ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 19,4 faiz artaraq, 71 milyon 871 min 30 dollara bərabər olub.

Qeyd edək ki, 2025-ci ilin yanvar-may aylarında Türkiyənin kimyəvi maddə ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 3,2 faiz azalaraq, 13 milyard 147 milyon 227 min dollara bərabər olub.

“Bu ilin may ayında Türkiyə 2 milyard 767 milyon 723 min dollar məbləğində kimyəvi maddə ixrac edib ki, bu da keçən ilin may ayı ilə müqayisədə 8,4 faiz azdır” – deyə nazirlikdən bildirilib.

Qeyd olunub ki, son 12 ay ərzində (may 2024-may 2025) Türkiyə 30 milyard 328 milyon 576 min dollar məbləğində kimyəvi maddə ixrac edib.

Seçilən
24
5
turkic.world

10Mənbələr