RU

Ceyhun Bayramov kanadalı həmkarı ilə telefon danışığı aparıb

İyunun 19-da xarici işlər naziri Ceyhun Bayramov ilə Kanadanın xarici işlər naziri Anand arasında telefon danışığı aparılıb.

Bu barədə Sherg.az-a XİN-dən bildirilib.

Qeyd edilib ki, telefon danışığı zamanı İsrail-İran qarşıdurması nəticəsində mövcud təhlükəsizlik vəziyyəti müzakirə olunub. Kanada xarici işlər naziri həmçinin ölkəsinin vətəndaşlarının İrandan təxliyəsi istiqamətində Azərbaycan tərəfindən göstərilən dəstəyə görə təşəkkür edib.

Nazir Ceyhun Bayramov öz növbəsində Kanada nazirini bu vəzifəyə təyinatı münasibətilə təbrik edib, ona uğurlar arzulayıb.


Nazirlər həmçinin qarşılıqlı maraq doğuran digər ikitərəfli və regional məsələlər ətrafında fikir mübadiləsi aparıblar.
Избранный
4
16
sherg.az

10Источники