RU

Putin: Rusiya ilə Azərbaycan arasında logistika sahəsində əməkdaşlıq inkişaf edir

Rusiya və Azərbaycan logistika və istehsal sahəsi, xüsusən gəmiqayırma sahəsində birgə layihələr hazırlayır.

Bunu Rusiya Prezidenti Vladimir Putin dünyanın aparıcı xəbər agentliklərinin rəhbərləri ilə görüşündə deyib.

"Bizim yaxşı layihələrimiz var; "Şimal - Cənub" beynəlxalq nəqliyyat dəhlizi və logistika. Yeri gəlmişkən, istehsal sahəsində, o cümlədən gəmiqayırma sahəsində bir sıra digər yaxşı sahələr. Biz Bakı Gəmiqayırma Zavoduna sifarişlərimizi artırmağa hazırıq", - o deyib.

Putin qeyd edib ki, Azərbaycanla birgə layihələr yaxşı məzmunludur. "Yaxşı perspektivləri olan çoxlu layihələr var. Ümid edirəm ki, biz hər şeyi həyata keçirəcəyik. Ümumilikdə, Azərbaycandan danışsaq, ötən il ticarət dövriyyəmiz 7 % artıb. Hesab edirəm ki, bu, yaxşı göstəricidir", - o vurğulayıb.
 
 
 

Избранный
13
10
7news.az

10Источники