RU

Avtomobil təmiri sexində meyiti tapılan məktəblinin Fotosu

ain.az, Qafqazinfo portalına istinadən məlumatı açıqlayır.

Xəbər verdiyimiz kimi, dünən Gəncə şəhəri “Mahsara bağları” adlanan ərazidəki avtomobil təmiri sexində 15 yaşlı oğlanın meyiti tapılıb.

“Qafqazinfo”nun məlumatına görə, dünyasını dəyişən Ümid Niftəliyev Gəncə şəhər S.Vəliyev adına 34 nömrəli tam orta məktəbin 9-cu sinif şagirdi imiş.

Onun təmir sexində qardaşının yanında usta köməkçisi kimi işlədiyi və orada müəmmalı şəraitdə öldüyü bildirilib.

Hadisə ilə bağlı şəhər prokurorluğu tərəfindən araşdırma aparılır.

Vəfat edən məktəblinin fotosunu təqdim edirik:

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Избранный
54
10
qafqazinfo.az

10Источники