RU

İran beynəlxalq və daxili uçuşlara qadağanı uzadıb

İranda ölkədaxili və beynəlxalq uçuşlara qoyulan qadağa 19 iyun saat 14:30-a qədər (Bakı vaxtı ilə) uzadılıb...

Oxu.Az-ın "NourNews" agentliyinə istinadla verdiyi məlumata görə, bu barədə İranın Yol və Şəhərsalma Nazirliyinin nümayəndəsi Məcid Əhəvan bəyan edib.

Əvvəlki məhdudiyyət 19 iyun saat 02:30-a qədər qüvvədə idi.

Qeyd edək ki, İsrail 13 iyun gecəsi İrana qarşı hərbi əməliyyata başlayıb. Təxminən bir sutkadan sonra İran cavab zərbələri endirib. Sonrakı günlərdə də tərəflər qarşılıqlı olaraq bir-birini atəşə tutmağa davam ediblər.

Poliqon.info

Избранный
15
1
poliqon.info

2Источники