İranda ölkədaxili və beynəlxalq uçuşlara qoyulan qadağa 19 iyun saat 14:30-a qədər (Bakı vaxtı ilə) uzadılıb.
Əvvəlki məhdudiyyət 19 iyun saat 02:30-a qədər qüvvədə idi.
Qeyd edək ki, İsrail 13 iyun gecəsi İrana qarşı hərbi əməliyyata başlayıb. Təxminən bir sutkadan sonra İran cavab zərbələri endirib. Sonrakı günlərdə də tərəflər qarşılıqlı olaraq bir-birini atəşə tutmağa davam ediblər.