RU

İsveç 10 illik ibtidai təhsil sisteminə keçir

Bakı. Trend:

İsveç Parlamenti 2026-cı ildən etibarən ibtidai təhsilinmüddətini 10 ilə çatdırmaq məqsədilə məktəbəqədər hazırlıq sinfininləğv olunması və onun yerinə birinci sinfin vahid ümumtəhsilsisteminə daxil edilməsi barədə qərar qəbul edib.

Trend xəbər verirki, İsveç Təhsil Naziri Lotta Edholm islahatın məqsədini daha bütövvə bərabərhüquqlu məktəb sistemi yaratmaqla izah edib. Nazirbildirib ki, hazırda hazırlıq siniflərində uşaqlar arasındahazırlıq səviyyəsində böyük fərqlər mövcuddur ki, bu da birincisinifdən başlayaraq təhsil bərabərsizliyinə gətirib çıxarır.

Müxalif Sosial Demokratlar Partiyası islahata dəstək verməkşərtilə tədrisdə oyun metodlarının qorunmasının və uşaqların yaşxüsusiyyətlərinə uyğun təhsil almasının vacibliyini vurğulayır.Onlar həmçinin ibtidai sinif müəllimləri üçün pedaqoji təhsiliolmayanlara əlavə təlimlərin keçirilməsini tələb edirlər.

2023-cü ilin məlumatlarına görə, İsveçdə müəllimlərin yalnız 35faizi oxu, yazı və hesab fənləri üzrə ixtisasartırma kurslarınıbitirib.

Ekspertlər isə xəbərdarlıq edirlər ki, daha akademik yanaşmayakeçidlə erkən tədris mərhələsində uşaqlar üçün mühüm olan oyunelementləri itirilə bilər.

Избранный
18
1
az.trend.az

2Источники