RU

Uğur qazanmağın sirri - İnsanları zirvəyə aparan ortaq keyfiyyət - SƏHƏR OXUSU

Bəzi insanlar uğur qazanmağın yalnız şansla mümkün ola biləcəyini düşünür, bəziləri isə bu uğura gedən yolda müəyyən prinsiplərdən vaz keçməyin lazım olduğunu düşünür. Həqiqət isə odur ki, uğur bu iki faktorun və əlavə olaraq başqa bir neçə amilin qarışığından yaranır.
Uğuru müəyyən etmək bəzən çaşdırıcı ola bilər, çünki belə bir tərif subyektiv olur. Bəziləri ildə milyon manat qazanmağı arzulayr, digərləri isə yaxşı həyat yaşamaq və ildə 6 həftə ödənişli məzuniyyətə çıxaraq səyahət etmək istəyir. Yəni bir tərəfdə öz gücü ilə nəsə əldə etmək istəyənlər var, digər tərəfdə isə ənənəvi yollarla pul qazanıb hobbilərinə vaxt ayırmaq istəyənlər.

Sizin uğur tərifiniz nə olursa olsun, qeyd olunan bacarıqlarla bu uğura daha sürətlə çatmaq mümkündür.

Valyuta.az uğura çatmaq üçün özünüzdə alışqanlıq yarada biləcəyiniz bacarıqların siyahısını təqdim edir:

Zehninizdə dolaşan neqativ düşüncələrdən azad olun

"The New Yorker" jurnalında dərc olunan məqaləyə görə, keçmişi xatırlayarkən onu olduğu kimi deyil, yaddaşımıza görə dəyişmiş formada xatırlayırıq. Zehnimizdə canlanan görüntülər köhnə film kimi təkrarlanmaz, hər dəfə xatırlama tərzimizə görə fərqli olur. Zehninizdə nə qədər çox neqativ düşüncələr gəzdirsəniz, bir o qədər də mənfi emosiyalar yaşayarsınız və bu da sizi uğursuz olduğunuz barədə düşünməyə vadar edər. Nəticədə özünüzü kifayət qədər bacarıqlı və uğurlu hiss etməyəcəksiniz.

Bu zaman keçmiş səhvlərdən dərs çıxarmağa çalışmaq və onları inkişaf fürsəti kimi görmək ən doğru yanaşmadır.

Özünüz üçün daha müsbət bir mühit yaradın

Uğurun böyük hissəsi ətraf mühitdən asılıdır. Amma buna az diqqət yetiririk. İşlədiyiniz və vaxtınızın çoxunu keçirdiyiniz mühit, əldə etdiyiniz uğurlar və onlarla bağlı hisslərinizə böyük təsir göstərir. Doğru mühit işinizə bağlılığınızı artırır və sizi həvəsləndirir. Mənfi mühit isə ilhamınızı və sevincinizi azaldır. Eviniz isə daha da vacibdir, çünki orada günün enerjisini balanslaşdırırsınız. Evinizi dağınıqlıqdan təmizləyib rahat və sülh dolu bir məkana çevirin.

Özünüz üçün niyyətlərinizi dəqiqləşdirin

Uğur üçün uzun müddətli məqsədlərinizin səbəbini bilməlisiniz. Bəzən bu səbəb çox aydın olmaya bilər, onu tapmaq üçün maraq hissinizi izləməlisiniz. Yalnız pul qazanmaq və ya “uğurlu görünmək” kimi səbəblər davamlı motivasiya gətirmir. Niyyətiniz sizə ilham verir və böyük məqsədə doğru aparır. Heç nə yolunda getməsə belə, sizi motivasiya edən odur. Simon Sinek-in “Niyətlə Başla” kitabında da qeyd etdiyi kimi, “İnsanlar etdiyiniz işi yox, onu etmə səbəbinizi alırlar”.

Daxili səsinizə qulaq asın, amma onu ağılla da təsdiqləyin

Çox vaxt doğru cavabı ağlımızdan əvvəl hiss edirik. Bu o demək deyil ki, qərarlarınızı yalnız duyğulara əsaslanaraq verməlisiniz. Həyatınızda qərar verməzdən əvvəl həm ağılı, həm də duyğuları nəzərə alın. Sezgiləriniz keçmiş təcrübələrinizə əsaslanır və sizi yönləndirir. Ən yaxşı yol daxili səsinizə inanmaq və sonra onu ağlınızla təsdiqləməkdir.

Uğurunuzu vizuallaşdırın

Vizuallaşdırma prinsipləri idmandan biznesə qədər çox sahədə təsdiqlənib. Nə qədər aydın təsəvvür etsəniz, yeni vərdişlər və bacarıqları o qədər asan əldə edərsiniz. Arzuladığınız həyatı və etdiyiniz işləri zehində canlandırmaq uğur yolunuzun əsas açarıdır. Bu, evdə oturub gözləmək deyil, əksinə, məqsədinizə sıx bağlı qalmaqdır.

Vəd etdiyinizdən daha çox çalışın

Hamı uğurdan danışır, amma əsas məsələ hər gün bu uğur üçün bütün gücü ilə çalışmaqdır. Uğur üçün bacarıqlarınızı idarə etməli və etdiyiniz işə güclü inanmalısınız. Deyilənlərlə edilən iş arasında uyğunsuzluq etibarlılığınızı sarsıdır. Buna görə planladığınızı deyin, ona uyğun addımlar atın və buna inanın. Beləcə, həm özünüzü, həm də başqalarını ilhamlandıraraq məqsədinizə çatırsınız.

Effektiv ünsiyyət qurun

Sosial bacarıqlar davamlı uğur qazananlar ilə sadəcə uğur arzulayanları fərqləndirir. Ünsiyyət bir bacarıqdır və bu sahədə məşq etmək lazımdır. Özünüzü və başqalarını yaxşı anlamağa çalışın. Mənfi duyğuları necə idarə etməyi və nə zaman konstruktiv geribildirim verməyi bilin. Ünsiyyət sənətdir və inkişaf etdirmək üçün vaxt ayırmaq vacibdir.

Özünüzü məqsədlərinizə həsr edin

Uğur üçün məqsədlərinizə sərmayə qoymalı və onlara sadiq qalmalısınız. Məsələn, arzularınızı reallaşdırmaqda qərarlı olmadıqda, başqaları onları həyata keçirəcək. Bu isə ruhdan salıcıdır. Özünüzə həsr etməyi öyrənmək vacibdir, çünki bu bacarıq sahədən sahəyə asan keçid etməyə imkan verir. Bir dəfə bu bağlılığı yaratdıqdan sonra sona qədər getməlisiniz.

Özünüzü daim inkişaf etdirməyə çalışın

Uğur yolunun bir hissəsi daim özünü təkmilləşdirməkdir. İnkişafı dayandırdıqda, artıq irəliləmilisiniz. Daim yeni strategiyalar və metodlar sınayın. Unutmayın ki, öncül insanlar sərhədlərini zorlayan və öz yollarını yaradanlardır.

Dayanmadan sual verin

Öyrənmək heç vaxt bitməməlidir. Öyrənmək sual verməklə mümkündür, bildiklərimizi paylaşmaqla deyil. Nə qədər çox sual versəniz, o qədər yaxşı cavablar alacaqsınız. Başqalarının təcrübəsindən faydalanmaq uğurun vacib hissəsidir. Sual vermək zehininizi yeni düşüncələrə açır. Dərin suallar sizə daha müdrik olmağa kömək edir və özünüzü daha yaxşı tanımağa imkan verir.

Heç bir günü boş keçirməyin

Həyatın monotonluğunda sıradan işlər arasında itmək asandır. Amma davamlı uğur üçün hər gününüzü qiymətləndirməlisiniz. Günün sonunda etdiklərinizi nəzərdən keçirmək üçün 5 dəqiqə ayırın. Bu, zəif və güclü tərəflərinizi görməkdə kömək edəcək. Vaxtlı-vaxtında belə özünü qiymətləndirmə aparmaq inkişaf üçün vacibdir. Əks halda, vacib məqamları qaçırmaq təhlükəsi yaranır. Böyük şəkilə baxın və hədəflərinizə daha düzgün qərarlar verin.

Günay

Избранный
10
valyuta.az

1Источники