RU

Putin: Rusiya və Azərbaycan Xəzərin quruması problemini həll etməyə çalışır

BAKI, 19 iyun. TELEQRAF

Rusiya Federasiyası və Azərbaycan hökumətləri Xəzər dənizinin dayazlaşması problemini həll etmək üçün birgə işləyirlər.

Teleqraf xəbər verir ki, bunu Rusiya prezidenti Vladimir Putin TASS-ın dünyanın aparıcı informasiya agentliklərinin rəhbərləri ilə təşkil etdiyi görüşdə deyib.

O bildirib: "Problem, əlbəttə ki, qlobal xarakter daşımasa da, çox böyükdür. Biz Aral dənizi və sairlə bağlı faciəvi nümunələri bilirik. Burada biz vaxtında, koordinasiyalı tədbirlər görməliyik. Hökumətə lazımi göstərişlər verilib. Mən bilirəm ki, Rusiya Federasiyası hökuməti Azərbaycan hökuməti ilə birlikdə bununla bağlı işləyir və variantlar axtarır. Burada əsas məsələ qəfil sıçrayışla deyil, inadkarlıqla, amma mütəmadi qaydada hərəkət etməkdir".

Избранный
13
teleqraf.com

1Источники