RU

Putin: NATO-nun yenidən silahlanması Rusiya üçün heç bir təhlükə deyil

Rusiya hərbi cəhətdən özünü təmin etdiyinə görə NATO-nun yenidən silahlanmasını təhlükəsizliyinə təhdid hesab etmir...

Poliqon xəbər verir ki, bunu prezident Vladimir Putin dünya xəbər agentliklərinin rəhbərləri ilə görüşündə deyib.

"Biz NATO-nun hər hansı yenidən silahlanmasını Rusiya üçün təhlükə hesab etmirik. Çünki öz təhlükəsizliyimizi təmin etməkdə özümüz kifayət edirik", dövlət başçısı bildirib.

Putin həmçinin bəyan edib ki, Almaniyanın Ukraynaya “Taurus” qanadlı raketləri verməsi hərbi əməliyyatların gedişinə təsir etməyəcək, əksinə, Rusiya ilə münasibətləri ciddi şəkildə pisləşdirəcək. O qeyd edib ki, Almaniya digər Avropa ölkələri kimi artıq münaqişədə neytral dövlət hesab edilmir.

Poliqon.info 

Избранный
8
poliqon.info

1Источники