RU

MEDİA-nın jurnalistlər üçün müsabiqəsi

Medianın İnkişafı Agentliyi (MEDİA) jurnalistlər üçün müsabiqə elan edib.

Müsabiqədə iştirak etmək üçün müraciət və ona əlavə edilən sənədlər elektron formada mib.media.gov.az portalı vasitəsilə Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinə təqdim olunur. Müsabiqənin əsas şərti müsabiqə elan olunan günədək son 3 aylıq dövr ərzində dərc olunmuş və ya yayımlanmış materialı təqdim etməkdir.

Jurnalist müsabiqə elan olunan günədək son 3 aylıq dövr ərzində çap mediası və onlayn media subyektində dərc olunmuş hər hansı bir yazısını nominasiyalardan yalnız biri üzrə müsabiqəyə təqdim edir. Müsabiqəyə müraciət qəbulu iyunun 25-dək davam edəcəkdir.

XQ

 

Избранный
13
49
xalqqazeti.az

10Источники