Vaşinqton münaqişədə İsraillə birlikdə birbaşa iştirak edərsə, İran ABŞ Hərbi Dəniz Qüvvələrinin gəmilərinə zərbələr endirməyi düşünür .
Bu barədə İranın yüksək rütbəli rəsmisi Qətərin Əl-Cəzirə telekanalına bildirib.
"ABŞ-nin münaqişəyə istənilən birbaşa müdaxiləsi düşmən gəmiləri üçün görünməmiş təhlükə ilə nəticələnəcək", - rəsmi telekanala bildirib.
Onun sözlərinə görə, İran ABŞ-nin İsrail əməliyyatında iştirak edəcəyi təqdirdə “dəniz hədəflərinə və düşmən mövqelərinə” zərbələr endirməyi nəzərdən keçirir.