AZ

ABŞ münaqişəyə müdaxilə edərsə, İran ABŞ gəmilərinə hücum edə bilər

Vaşinqton münaqişədə İsraillə birlikdə birbaşa iştirak edərsə, İran ABŞ Hərbi Dəniz Qüvvələrinin gəmilərinə zərbələr endirməyi düşünür .

Bu barədə İranın yüksək rütbəli rəsmisi Qətərin Əl-Cəzirə telekanalına bildirib.

"ABŞ-nin münaqişəyə istənilən birbaşa müdaxiləsi düşmən gəmiləri üçün görünməmiş təhlükə ilə nəticələnəcək", - rəsmi telekanala bildirib.

Onun sözlərinə görə, İran ABŞ-nin İsrail əməliyyatında iştirak edəcəyi təqdirdə “dəniz hədəflərinə və düşmən mövqelərinə” zərbələr endirməyi nəzərdən keçirir.

Seçilən
8
aznews.az

1Mənbələr