RU

Durov vəsiyyətini açıqladı

Unikal.az portalından verilən məlumata əsasən, ain.az bildirir.

“VKontakte” və “Telegram”ın yaradıcısı Pavel Durov işi ilə bağlı risklərə görə vəsiyyətnamə yazmağa məcbur olduğunu bildirib.

"Unikal" xəbər verir ki, bu barədə iş adamı Fransanın “Le Point” jurnalına müsahibəsində danışıb.

"Mən bu yaxınlarda bir vəsiyyət etdim. Qərara gəldim ki, övladlarım bu gündən ən geci 30 il sonra mənim sərvətimə çıxış əldə edəcəklər. İstəyirəm ki, onlar adi insanlar kimi yaşasınlar, öz həyatlarını qura bilsinlər, özlərinə güvənməyi öyrənsinlər, beləliklə yarada bilsinlər və bank hesabından asılı olmasınlar", - Durov bildirib.

Durovu vəsiyyətnamə yazmağa vadar edən səbəblər arasında o, işi ilə bağlı riskləri, həmçinin, "Telegram"ı qorumaq istəyini qeyd edib.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Избранный
22
8
unikal.az

9Источники